YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

"Qavroş". Viktor Hüqo

ISBN: 9789952364439

Müəllif: Viktor Hüqo

Nəşriyyat: Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı

Cild: yumşaq

 

Bu kitab Viktor Hüqonun “Səfillər” əsərinin mo­tiv­ləri əsasında hazırlanıb. Hüqonun əsərlərinə əlavələrin hazırlanmasına on doqquzuncu əsrin əvvəllərindən baş­lanılıb. İlk vaxtlar varlı ailələrin övladları üçün nəzərdə tutulan bu əlavələr, sonradan, iri həcmli kitabları almağa vəsaiti çatmayan xalq kütləsi arasında da geniş yayıldı. Ötən iki yüz ildə Hüqonun müxtəlif əsərlərinin yeniyetmələr üçün adaptasiya olunmuş əlavələri çap edildi. “Səfillər”in motivləri əsasında hazırlanmış “Qavroş” bütün dövrlərin ən çox oxunulan əlavə­lərindəndir. Rus kinomatoqrafları tərəfindən eyni adlı bədii və cizgi filmləri də çəkilib. Öz əsərlərində xalq arasından çıxan, hədsiz ağrı-acıya, haqsızlağa məruz qalan insanları canlandıran dahi Hüqonun möhtəşəm qəhrəmanlarından biri olan Qavroş, yaşadığı çətinliklərə baxmayaraq gülərüz, kobud olduğu qədər də bacarıqlı, fərasətli və cəsurdur. Paris küçələrində səfil həyat sürən bu on iki yaşlı oğlan 1832-ci ilə baş verən Paris iğtişaşlarında həlak olur.