YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dront

Təqribən 400 il əvvəl holland gəmisi Hind okeanında olan Mavriki adasının sahillərinə yan aldı. Onlar adada hind toyuğu boyda çoxlu quş gördülər. Bu quşların qanadları çox kiçik idi və onlar uça bilmədiklərinə görə adada sürü ilə gəzirdilər. Dənizçilər bu quşları “dodo” adlandırırdılar- bu, portuqal dilində “səfeh” deməkdir.

 

Quşun digər adı drontdur. Çox keçmədi ki, insanlar adaya donuz və siçovullar gətirdilər. Bu heyvanlar drontların yumurtaları və balaları ilə qidalanmağa başladılar. Nəticədə 1660-cı illərdə bu quşların nəsli tamamilə kəsildi.