YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fateh Vilhelm

İngilis kralı I Vilhelmi (1027-1087) Fateh Vilhelm adlandırırdılar. O, İngiltərənin ilk normand kralı idi. Vilhelm Fransada doğulmuşdu, amma onun atası Robert Normandiya hersoqu idi. Deyilənlərə görə, Vilhelmin 1050-ci ildə İngiltərəyə səfəri zamanı onun qohumu Tövbəkar Eduard ona ingilis taxtını vəd etmişdi. Vilhelm 1064-cü ildə öz qaynı Haroldu ingilis taxtına çıxmaqda ona kömək edəcəyinə razı olmağa məcbur etdi, amma Eduard 1066-cı ildə vəfat edəndə Harold özü taxta sahib oldu. Onda Vilhelm öz qoşunları ilə İngiltərəyə soxuldu. Qastinqs yaxınlığındakı döyüşdə onun ordusu Haroldun anqlosakson ordusuna qalib gəldi və 1066-cı ilin Milad bayramında Vestminster abbatlığında Vilhelm ingilis I Vilhelm adı altında tacqoyma mərasimi keçirtdi. 

 

Həm Vilhelmin özü, həm də onun onun yaxınları öz dillərində-fransız dilinin normand dialektində danışırdılar.

 

Cəmiyyətin yüksək təbəqəsinə mənsub olan ingilislər də onların ardınca fransızca danışmağa başladılar. Bu təsirin sayəsində ingilis dialektində bu günə qədər fransız dilinin normand dialektindən mənimsənilmiş xeyli söz qalmışdır.