YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Robotlar

Robotlar insanların etdiyi işləri yorulmadan və sıxılmadan edə biləcək maşınlardır. Robotların bəziləri təhlükəli yerlərdə işləyir, digərləri isə süni zehni problemləri həll etməyə və təcrübəni öyrənməyə imkan verir.

 

Robotlarla əməliyyat

Cərrahlar insanların nəzarət etməsi çox çətin olan əməliyyatları etmək üçün robotlardan istifadə edirlər. Onlar televizor ekranında əməliyyatın aparılması qaydalarını öyrənir və uzaqdan nəzarət ilə robotları istiqamətləndirirlər.

 

Robot heyvanlar

Sony şirkəti 2000-ci illərdə, yuxarıda göstərildiyi kimi, yəni 2004-cü ildə RoboCup futbol çempionatında meydanda olan AIBO adlanan it dizayn etdi. AIBO görə və eşidə, eyni zamanda müvazinət və toxunma hissi olan kompleks robotdur. Robot əsl it kimi hərəkət edir, davranır və topu izləyə bilir. Lakin Sony şirkəti kifayət qədər gəlir əldə edə bilmədiyindən, artıq AIBO robotlarının istehsalını dayandırıb. 

 

Sənayə robotları

Sənaye robotları, xüsusilə maşın hissələrinin yığılmasında istifadə olunan robotlar eyni işi dəfələrlə təkrar görən, kompüterlərlə idarə olunan maşınlardır. Onlar sürətli və diqqətli olmaqla yanaşı, insan qüvvəsi kimi yorulmur.

 

Qulluqçu robotlar

Bəzi robotlar evdə ağır işlərin görülməsi, məsələn, çəmənliklərin təmizlənməsi üçün dizayn olunur. Robomou robotu sensorlardan istifadə edərək ağaclardan və ya qarşısında olan digər maneələrdən yayınır.