YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dəzgah incəsənəti

Adından da göründüyü kimi belə əsərlər müəyyən dəzgahın üzərində yaradılır.
 
Bu mənada əgər rəngkarlıq əsərləri xüsusi konstruksiyaya malik olan molbert üzərində yaradılarsa, plastika nümunələri fırlanan heykəltəraşlıq, qrafika əsərləri isə müxtəlif çap dəzgahlarında işlənilir.
 
Azərbaycan incəsənəti bir çox bədii-texniki xüsusiyyətlərinə görə Qərbi Avropadan fərqli təşəkkül yolu keçdiyindən  burada yalnız XIX əsrdən başlayaraq rəssamlarımız (Mirzə Qədim İrəvani, Mir Mövsün Nəvvab, Usta Qənbər Qarabağı və s.) dəzgah incəsənətinə aid edilə biləcək əsərlər yaratmışlar.
 
Sonralar yaşamış Bəhruz Kəngərli, Əzim Əzimzadə, Ələkbər Rzaquluyev, eləcə də Mikayıl Abdullayev , Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Cəmil Müfidzadə, Arif Hüseynov, Ömər Eldarov, Fuad Əbdürrəhmanov, Xanlar Əhmədov, Natiq Əliyev, Fuad Salayev, Sahib Quliyev və b.
 
Yaradıcılığında dəzgah incəsənətinin ən yaxşı bədii məziyyətlərini müşahidə etmək mümkündür.