YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tennis

Tennis- iki və ya dörd iştirakçısı olan idman oyunudur. Oyun 91 santimetr hündürlüyündə olan torla yarı bölünmüş xüsusi meydançada- kortda keçirilir. Əgər iki nəfər oynayırsa bu təkbətək görüş, dörd nəfər oynayırsa cüt görüş adlanır.

 

Tennis topunun diametri təqribən 63 mm, çəkisi isə 56,7 qram olmalıdır. Oyunda istifadə olunan tennis raketkalarının uzunluğu 68 santimetrdir. Tennis matçı setlərə bölünür. Qadın matçları bir qayda olaraq üç, kişi matçları isə beş setdən ibarət olur. Hər bir set isə öz növbəsində altı geymə bölünür. Geymi udmaq üçün tennisçi və ya cüt oynayan iki nəfər tennisçi ən azı dörd xal yığmalıdır. Oyunun məqsədi topu rəqibin tərəfindəki korta elə ötürməkdir ki, rəqib onu qəbul edib geri qaytara bilməsin. Müasir tennisin əcdadı “tennis royal” və ya “kral tennis” adlanan qədim fransız oyunudur.