YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Caz

Caz - XX əsrin əvvəllərində musiqidə yaranmış istiqamətdir. Caz Afrika ritmləri, ritual şənliklər, iş və dünyəvi mahnıları, keçmiş əsrlərin Amerika musiqisini yaxından əhatə edir.

 

Mürəkkəb ritmlərinin olması nəzərə alınaraq, cazın Afrikada meydana gəlməsi artıq qəbul edilmiş bir fikirdir. Bu ritmlərə rəqsləri, bütün mümkün ayaq hərəkətlərini, əlçalmalarını əlavə edirik. Bu janrın açıq ritmləri blüz melodiyaları ilə birləşdi və caz adlanan yeni istiqamətin yaranmasına səbəb oldu.

 

Caz musiqisinin birinci və ən əsas xüsusiyyət improvizasiyadır. Musiqiçilər orkestrdə, eləcə də soloda olduğu kimi improvizasiya etməyi bacarmalıdırlar. Sərbəst ritm caz musiqisinin əsas əlamətidir.

 

1950-ci ildən başlayaraq caz 2 fərqli istiqamətə ayrılıb. Bir tərəfdən klassik musiqi tərəfdarları bibopu kənarlaşdıraraq akademik musiqiyə qayıtdı. Digər tərəfdən, ikinci xətt bibopu genişləndirməyə davam etdi. Bu fonda milli folklor intonasiyasını, dəqiq ritmik təsviri və improvizasiyanı geri qaytaran hard-bop meydana gəldi. Bu tərz soul-caz və caz-fank tərzləri ilə birgə istiqamətdə inkişaf etmişdi. Onlar hər şeydən çox musiqini blüza  yaxınlaşdırırdı.

 

Caz tarixində dahi ifaçı adını qazanan Lui Armstronq deyirdi ki, cazı sadəcə başa düşmək lazımdır. "Əgər siz soruşursunuzsa, deməli, cazın nə olduğunu heç vaxt başa düşməyəcəksiniz".

 

Azərbaycanın caz tarixi öz başlanğıcını XX əsrin 30-cu illərindən götürür. Bakıda ilk caz orkestrini 1938-ci ildə tanınmış bəstəkarlar, SSRİ-də Aleksandr Svasman orkestri ilə çıxış etmiş Tofiq Quliyev və Niyazi yaratmışlar. Dövlət Estrada Orkestri adlanan Quliyev və Niyazinin orkestri Azərbaycan cazının təməli oldu.

 

XX əsrin 60-cı illərində Qara Qarayevin, Niyazi, T.Quliyev, R.Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqinin ikinci dövrü başlandı. 

 

V.Mustafazadə və R.Babayevin adlarını 1960-cı illərdə Azərbaycan cazının çiçəklənməsi ilə bağlamaq lazımdır.

 

Azərbaycan cazı bugün də dinamik şəkildə yayılmağa davam edir. Bakıda caz festivalları, qərb caz musiqiçilərinin iştirakı ilə seminarlar keçirilir.