YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Aerozol

Aerozol balonu boyanı, kosmetikanı və ya insektisidləri (zərərli həşəratları öldürən kimyəvi maddə) çiləmək üçün qurğudur. Aerozol balonunda təzyiq altında olan maye qaz və çilənməsi lazım olan maye- məsələn, boya olur. Balonun qapağında olan düyməni basmaqla kiçik dəlik açılır və qaz balonun içində olan mayeni çölə xırda damcılar- aerozol şəklində itələyir. Əvvəllər belə balonlarda sağlamlıq üçün zərərli olan xlorftorkarbon (CFC) qazından istifadə olunurdu, amma indi bir çox ölkələr ondan istifadə etməkdən imtina edib.