YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Almaz

Almaz təmiz karbondan ibarətdir: bu mineral həm də kömürün tərkibinə daxildir. Adətən almazlar rəngsizdirlər, amma bəziləri sarı, mavi və ya çəhrayı çalara malik olur. Almazın səthi bir-biri ilə iti künclər yaradan çoxlu yastı üzlərdən ibarətdir. belə quruluşlu maddələri kristal adlandırırlar. Qar dənəcikləri, duz və qənd də kristallara aiddirlər. Almaz dünyada ən möhkəm mineral maddədir. Onlar yerin ən dərin qatlarında yüksək temperaturun və böyük təzyiqin təsiri altında əmələ gəlir. Hasil olunmuş almazları elə yonur və cilalayırlar ki, onların tinləri işıq şüalarında bərq vurur. belə almazlar brilyant adlanır. Brilyantlardan adətən zərgərlik məmulatları düzəldirlər. Bundan başqa, almazlardan sənayedə metal və şüşə kimi bərk materialların deşilməsi və kəsilməsi üçün də istifadə olunur.