YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kerrol Luis

Luis Kerrol 1832-ci ildə Çeşir qraflığında yerləşən Darsberi kəndində anadan olub. 

 

O, yazıçı olmaqala yanaşı, həm də görkəmli riyaziyatçı, şair, satirik, filosof, ixtiraçı və fotoqraf idi.  Luis Kerrol (1832-1898) daha çox “Alisa möcüzələr ölkəsində” əsəri ilə tanınıb. Luis Kerrol bir gün parkda oynayan 3 qız uşağının fotosunu çəkib və onun əsl Alisa ilə tanışlığı belə başlayıb. Bu qızlardan biri olan Alisa onun sehirli povestinin baş qəhrəmanıdır.1865-cı ildə yazılan əsərin əsas süjeti Alisanın gördüyü qəribə yuxular əsasında qurulub.

 

1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olub. Yazıçının ikinci "Alisa güzgü arxasında" nağıl-povestinin baş qəhrəmanı isə bu qız olub. Bu əsəri müəllif 1871-ci ildə qələmə alıb. Kerrol "Deyingənin ovu" və "Silviya və Bruno" adlı əsərləri yazıb.

 

Kerrol məntiqi çox yaxşı bilir, xətti cəbr, həndəsə və tapmacalarla maraqlanırdı. “Determinant nəzəriyyəsi üzrə elementar dərsliyi”ndən tut, “Məntiq oyunları”na və “Komissiya və seçkilərin nəzəriyyəsi”nə qədər bir çox kitab müəllifidir. Onun maraq və bilik dairəsi çox geniş olub. 

 

O, 25 yaşından fotoqraflığa başlayıb və 3000-ə yaxın fotoşəkil çəkib. Onların içində dostların, məşhur şəxsiyyətlərin (Alfred, lord Tennison), peyzajların, skeletlərin, kuklaların, heykəllərin, rəsimlərin şəkilləri də var.

 

Ömrünün axırına kimi şəkillər çəkən və gözəl əsərlər yazan Kerrol 1898-ci ildə vəfat edib.