YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bəzz qalası

Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınan Bəzz qalası Cənubi Azərbaycanda (İran), Qaradağ mahalının Kəleybər qəsəbəsi yaxınlığında yerləşir. 

 

Strateji cəhətdən mükəmməl ərazidə yerləşən qala dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdədir. Qalanın ətrafını isə 400-600 metr dərinlikdə dərələr əhatə edir.

 

Bəzz qalası xürrəmilərin rəhbərlərindən olan xırda feodal Cavidana mənsub idi. Qala xürrəmilərin mərkəzi olub. Cavidanın vəfatından sonra xürrəmilər hərəkatına Babək başçılıq edib. Ərəblər 837-ci ildə sərkərdə Afşinin başçılığı ilə Bəzz qalasını mühasirəyə alıb. 837-ci il avqustun 26-da Bəzz yaxınlığında baş verən döyüşdə ərəblər 100 min, xürrəmilər isə 80 min döyüşçü itirdilər. Çətinliklə də olsa ərəblər qalanı ala bildilər.