YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Meyvə

Meyvə örtülütoxumluların (çiçəkli bitkilərin) generativ orqanı olub meyvəyanlığı və toxumdan ibarət olur. Meyvəyanlığı dişiciyin yumurtalığından yaranır. O, toxumu qurumaqdan qoruyur və toxumun yayılmasını təmin edir. Buna görə də, bu bitkilər örtülütoxumlularadlanır.


Bəzən meyvənin yaranmasında yumurtalıqla bərabər, çiçəyin digər hissələri, məsələn, çiçək yatağı da iştirak edir. Belə meyvələrə yalançı meyvə deyilir. Qarpız, yemiş, boranı, çiyələk, alma, armud, əzgil və bu kimi meyvələr yalançı meyvələrdir.

 

Meyvəyanlığına görə şirəli və quru meyvələri ayırırlar. Belə meyvələrdə müxtəlif sayda toxum ola bilər.


Əgər meyvədə bir toxum olarsa, o, birtoxumlu, çoxlu miqdarda toxum olarsa, çoxtoxumlu meyvə adlanır.

 

Şirəli meyvələrin yetişmiş meyvəyanlığının ləti şirəli olur.

 

Şirəli meyvəyanlığı və bərk çəyirdəyi olan meyvələr çəyirdək meyvə adlanır. Bu meyvələrdə meyvəyanlığının daxili qatı daşlaşmış olur. Çəyirdək meyvələr birçəyirdəkli və ya çoxçəyirdəkli olur. Birçəyirdəkli meyvələrə ərik, şaftalı, albalı, gavalı, çoxçəyirdəkli meyvələrə isə moruq və böyürtkən aiddir.

 

Giləmeyvələrin meyvəyanlığı şirəli olub xaricdən nazik dəriciklə örtülür və meyvə içərisində, adətən, çoxlu toxumu olur. Giləmeyvələrə üzüm, pomidor, badımcan, bibər, quşüzümü və s. meyvələr aiddir.

 

Birtoxumlu quru meyvələrin toxum qabığı nazik olur. Meyvəyanlığı toxum cücərərkən dağılır.

 

Fındıqmeyvələrdə meyvəyanlığı bərk və oduncaqlaşmış olur. Toxumları sərbəst yerləşir. Bunlara fındıq aiddir.

 

Toxumçameyvə. Günəbaxan, astra və georgində rast gəlinir. Meyvəsi qurudur. Meyvəyanlığı toxuma bitişmir. Meyvəyanlığının daxili qatı dəricik formasındadır.

 

Dənmeyvə. Pərdəşəkilli meyvəyanlığı toxum qabığına bitişir. Dənmeyvəyə buğda, arpa, qarğıdalını misal göstərmək olar.

 

Fındıqça. Fındıqmeyvəyə bənzərdir, lakin kiçik olması ilə fərqlənir. Çiyələk, qızılgül, itburnu və qaytarmada belə meyvələr olur.

 

Çoxtoxumlu quru meyvələr. Meyvəyanlığı əksər hallarda açılandır. Onların toxumunda xarici təsirlərdən qorunmaq üçün qabıq qalın olur.

 

Paxlameyvə. Meyvəyanlığı iki taycıqdan ibarətdir. Toxumları taycıqlardakı yuvalarda yerləşir. Paxlameyvə yetişdikdə taycıqlar quruyaraq burulur və toxumlarını tullayır. Noxud, lobya, soya, akasiyanın meyvələri paxlameyvədir.

 

Buynuzmeyvə. Meyvələri paxlameyvədə olduğu kimi iki taycıqdan ibarətdir. Lakin bunlarda toxumlar arakəsmə üzərində yerləşir. Belə meyvələrə kələm, turp, vəzərək, şalğam misal göstərilə bilər.

 

Qutucuqmeyvə. Toxumları yetişdikdən sonra qutucuq üzərində olan dəliklərdən və ya yarıqlardan tökülür. Qutucuqmeyvələrə pambıq, lalə, xaşxaş, tütün, bənövşədə rast gəlinir.