YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ağrı

Ağrı çox xoşagəlməz bir hissdir. Ağrı bizi orqanizmdə nəyin isə düzgün olmadığından xəbərdar edir. Yanıqdan və ya zərbədən baş verən ağrını biz dərinin altında yerləşmiş sinir uclarında hiss edirik. Daha çox sinir uclarının olduğu yerlər-məsələn, əlin barmaqları, həm də daha çox hissiyyata malim olurlar və deməli, ağrını daha həssaslıqla və tez qəbul edirlər. Qəbul olunmuş ağrı siqnalı sinir lifləri ilə bizim mərkəzi sinir sistemimizə daxil olur. 


Bəzən ağrı faydalı olur, çünki bizi onu yarada biləcək şeylərdən uzaq qalmağı öyrədir. Məsələn, barmağınıza bir dəfə iynə batdıqdan sonra siz onunla daha ehtiyatlı davranacaqsınız, ağrıyan dişiniz isə diş həkiminin yanına getməli olduğunuzu yadınıza salır. Hal-hazırda kimyaçılar infeksion xəstəliklər və travmalar zamanı ağrını aradan qaldıran çoxlu miqdarda dərmanlar hazırlayıblar.