YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Akropol

“Akropol”-yüksək hissədə yerləşən və şəhərin mərkəzini bildirən yunan sözüdür. Qədim Yunanıstanın əksər şəhərlərində akropol var idi. Ən məşhur akropol müasir Yunanıstanın paytaxtı Afinada yerləşmişdir. Onun zirvəsində b. e. əvvəl VI əsrdə, Afina varlı və güclü bir şəhər olan zaman tikilmiş qədim məbədlərin xarabalıqları yerləşir. Bu məbədlərin ən böyüyü və ən mühümü Parfenon şəhərinin hamısı sayılan ilahə Afinanın şərəfinə tikilmişdir. Məbəd ağ mərmərdən çoxsaylı sütunları olan əzəmətli binadır.


XIX əsrin əvvəllərində İngiltərənin Yunanıstandakı səfiri Lord Elqinin əmri ilə Parfenonda olan bir çox heykəllər Böyük Britaniyaya aparıldı. İndi həmin heykəllər Londondakı Britaniya muzeyindədir. Çoxları hesab edirlər ki, onları tarixi vətəninə-Afina muzeyinə qaytarmaq lazımdır.