YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Köpək balığı

Köpək balıqları ailəsinə dünyadakı ən böyük və yırtıcı balıqlar daxildirlər. Köpək balıqlarının əksəriyyətinin başı pazşəkilli və sivri, bədənləri isə uzundur. İti üçbucaqşəkilli kürək üzgəci ara-sıra suyun üzünə çıxır. Onların skeleti sümüklərdən deyil, elastik qığırdaqlardan ibarətdir. Köpək balıqlarının çox hissəsi isti dənizlərdə yaşayır. Ölçülərinə görə bir-birlərindən kəskin şəkildə fərqlənirlər. Köpək balıqlarının ən kiçiyi olan nalimin uzunluğu cəmi 60 santimetrdir. Kit köpək balığı kimi ən böyük okean köpək balıqlarının uzunluğu 15 metrə çatır –onlar avtobusdan uzundurlar. Kit köpək balığı və nəhəng köğək balığı planktonla qidalandıqlarına görə insan üçün təhlükəli deyillər. Amma insanlara hücum ederək onların bədənini mişar dişi kimi iti olan dişləri ilə parçalayan qatil köpək balıqları da vardır.


Nəhəng ağ köpək balığı isə öz qurbanını hətta diri uda bilir. Belə ki, köpək balıqlarının mədəsində delfin, suiti kimi iri heyvanların və hətta başqa köpək balıqlarının qalıqlarına da rast gəlmək olur. İnsan üçün təhlükəli olan digər köpək balıqlarının sırasına mavi və pələng köpək balığı, eləcə də xal-xal dərisinə görə bəbir adlandırılan köpək balığı da daxildir. Köpək balığını həmişə qan qoxusu cəlb edir və o bu qoxunu duyan kimi ətrafda olanlara, hətta insanlara da hücum edir.