YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Alliqatorlar və timsahlar

Alliqatorlar və timsahlar sürünənlər sinfinə aid olan böyük, güclü heyvanlardır. İki alliqator növü məlumdur-ABŞ-ın cənubunda yaşayan Amerika alliqatoru və Yantsızı çayında yaşayan Çin alliqatoru. Timsahların növləri daha çoxdur-onların 20 növünün içində Afrikada yaşayan Nil timsahı və Avstraliyada, Cənub-Şərqi Asiyada yaşayan dəniz timsahı da vardır.


Alliqatorlar və timsahlar yırtıcıdırlar. Onlar kifayət qədər aqressivdirlər, balıq və tısbağalarla qidalanır, böyük məməlilərə hücum edirlər. Son vaxtlar insanlar tərəfindən ovlanmaları və bataqlıqların qurudulması nəticəsində onlar nadir heyvanlara çevriliblər.