YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Al və Ağ qızılgül müharibələri

Yüzillik müharibənin başa çatmasından az sonra İngiltərənin öz daxilində müharibə başladı.


1400-cü illərdə Lankaster və York sülalələri arasında ingilis taxtı uğrunda gedən müharibəyə Al və Ağ qızılgül müharibəsi deyilir. Bu müharibə 30 il (1455-1485) davam etdi.  Lankasterlərin uarlığı (emblemi) al, Yorklarınkı isə ağ qızılgül olduğundan müharibənin adı rəqiblərin uarlıqlarının şərəfinə adlandırılıb. Bir çox illər ərzində yorklar üstünlüyü əldə saxlamışdılar, amma Henri Tüdor Lankaster 1485-ci ildə Bosuort çölündə III Riçardı məğlub edərək Yelizaveta York ilə evləndi. Bu nikah düşmən sulalələrin barışmasına səbəb oldu. Feodal əyanları demək olar ki, bir-birini qırıb qurtardıqdan sonra bu müharibələr da başa çatdı. Vuruşan feodal nəsillərindən birinin nümayəndəsi VII Henrix Tüdor qalib gəldi. Onun taxta çıxması ilə İngiltərədə Tüdorlar sülaləsi hakimiyyətə başladı. (1485-1603). VII Henrix (1485-1509) itaət göstərməyən feodallara divan tutdu. Onun dövründə nümayəndələr palatasının hüquqları azaldıldı. XV əsrin sonu-XVI əsrin əvvəlində İngiltərədə kral hakimiyyəti xeyli gücləndi.