YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsi

1861-ci ildən 1865-ci ilə kimi Amerika Birləşmiş Ştatlarında  şimal ştatlarının (ittifaqın) dəstəklədiyi hökumət ilə cənub ştatları (Konfederasiya) arasında vətəndaş müharibəsi getdi. 1861-ci ildə bir neçə cənub ştatı ABŞ-dan ayrılmaq və müstəqil dövlət yaratmaq qərarına gəldi. Onların arasındakı ixtilaf köləliyə görə baş verdi. Şimal ştatlarında insanlar hələ də cənub ştatlarındakı plantasiyalarda işləyən qaradərili kölələrin azad olunmasına razı deyildilər. Nəticədə buna görə vətəndaş müharibəsi başlandı. 


Müharibə başlayanda İttifaqdan çıxan 11 ştat Konfederasiyaya daxil oldu. Əvvəlcə general Linin komandanlıq etdiyi Konfederasiya qoşunları bir neçə qələbə qazansa da, sonradan 1863-cü ilin iyulunda Qettisberq yaxınlığında darmadağın edildi. General Qrantın komandanlıq etdiyi İttifaq ordusu müharibəni udmağa başladı. 1865-ci ilin aprelində Konfederasiya ordusu general Qranta təslim oldu. Şimal ştatlarında cənubdakılardan daha çox sənaye müəssisələri var idi, bu da sonda müharibənin nəticəsini müəyyən etdi. Müharibə zamanı cənub ştatların sakinlərinin çoxu zərər çəkdilər, onların bütün əmlakı məhv edildi. Amma şimalda köləliyi məhv edərək ittifaqı qoruyub saxlamağı daha vacib hesab edirdilər.