YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Arxeologiya

Arxeologiya tarixi qədim əşyalar və tikililər əsasında öyrənməkdir. Bunlar əmək alətləri, pul, evlər, məbədlər və məzarlar ola bilər. Hətta qədim zibil qalağı belə insanların necə yaşaması haqqında təsəvvür yaradır. 


Əvvəllər qədim məskənlərdə xəzinə axtarmaq məqsədi ilə qazıntı işləri aparırdılar. Amma XIX əsrin əvvəllərindən başlayaraq arxeoloqlar qazıntıları elmi məqsədlərlə və səliqə ilə aparmağa başladılar. Olar tapılan əşyalarla ehtiyatla rəftar edir, onların təsvirini və tapıldığı yeri qeyd edirdilər. Bir çox böyük arxeoloji kəşflər edildi: qədim Troyanın qalıqları (1871), Mikenada erkən yunan sivilizasiyası (1876), Misirdə Firon Tutanxamonun məqbərəsi (1922) aşkar olundu. Müasir elm arxeoloqların işinə yardım göstərir. Radiokarbon metodunun köməyi ilə tapılan əşyaların yaşını müəyyən etmək olur. İnfraqırmızı və rentgen şüalarının köməyi ilə tunc qabın pas təbəqəsi ilə örtülmüş səthindəki naxış görünürdü. Arxeologiya hətta dənizin dərinliklərində də tətbiq olunur. Müasir dalğıc texnikasının köməyi ilə arxeoloqlar batmış gəmiləri və keçmişin çoxdan itmiş izlərini tədqiq edə bilirlər.