YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Arxitektura

Arxitektura-binaların və digər tikinti obyektlərinin layihələşdirilməsi sənətidir. Arxitektorların əsas vəzifəsi binaları möhkəm, yaraşıqlı və öz təyinatına uyğun şəkildə yaratmaqdır.


QƏDİM ARXİTEKTURA 


Ən qədim tikililər çox sadə idilər. Onları samandan və ya gildən düzəldirdilər. Bu, yağışdan, küləkdən və günəşdən qorunmaq üçün kifayət idi. Təqribən 5000 il əvvəl Mesopotomiyada (Müasir İraqın ərazisində) qurudulmuş gil kərpiclərdən ancaq bir otaqdan ibarət evlər tikirdilər. İnşaatçıların ustalığı təkmilləşdikcə və yeni texnologiyalar meydana çıxdıqca insanlar daha mürəkkəb binalar tikməyə başladılar. Bizim eradan əvvəl 2600-1000-ci illərdə qədim misirlilər öz ölmüş hökmdarları (firon) üçün məqbərələr- nəhəng piramidalar tikirdilər. Bu piramidaların ən böyüyünün tikintisində iki milyondan çox daş blokdan istifadə olunmuşdur.


YUNAN VƏ ROMA ARXİTEKTURASI 


Avropa arxitekturası b.e. əvvəl VII əsrdə Qədim Yunanıstanda yaranmışdır. Yunan arxitektorlarının 450 il ərzində yaratdıqları klassik stilin əsas əlaməti mərmərdən və ya adi daşdan düzəldilmiş zərif sütunlardır. Qədim yunan arxitekturasının bəzi nümunələri bizim günlərə qədər gəlib çatmışdır. Onların arasında Afinadakı Parfenon kimi məbədlər və açıq teatrlar var. Romalılar yunan arxitektura stilini təkrar etməklə yanaşı, öz tikinti texnikalarını-yarımdairəvi tağları və gümbəzşəkilli damları icad etdilər. Tağlar çox böyük çəkiyə davam gətirir, arxitektorlara böyük və möhkəm binalar yaratmağa imkan verirdi. Bizim eramızdan əvvəl 1000-ci ildən 300-cü ilə kimi romalılar ictimai hamamlar (termalar), saraylar, körpülər və nəhəng idman meydanları olmaqla çoxlu tikili yaratdılar.


ARXİTEKTURA STİLLƏRİ


Orta əsrlərdə Avropa arxitektorları binaların daşdan tikilməsinin yeni üsullarını icad etdilər. Onlar kilsələr, qalalar və qəsrlər tikirdilər. XII əsrin əvvəllərinə kimi Avropa arxitekturasında qotik stil üstünlük təşkil edirdi. Bir çox gözəl qədim kilsələr bu stildə tikilmişdir. Qotik binalar umun dar itiuclu tağlar, hündür tavanlar və pəncərələrdə rəngli vitrajlar xarakterik idi. İtaliyada XIV əsrin sonunda başlayan intibah dövründə arxitekturada yeni istiqamətlər meydana çıxdı. arxitektorlar artıq təkcə kilsə tikməklə qane olmur, yaşayış evləri və ictimai binaların- hökumət və şəhər hakimiyyətinin istiqamətgahları kimi proyektlərin hazırlanmasına böyük diqqət verirdilər.


XVI əsrdə bəzi arxitektorlar öz işləri sayəsində məşhurlaşdı. Həmin vaxtdan bəri yaxşı arxitektorlar heç vaxt işsiz qalmırlar. Onlar binanı sifarişçinin tələb etdiyi stildə tikə bilirdilər.


MÜASİR ARXİTEKTURA  


Bizim dövrümüzdə hələ də tikintidə daş və kərpicdən istifadə olunur. Amma öz fikirlərini həyata keçirmək üçün arxitektorların ixtiyarında onlardan başqa yeni müasir tikinti materiallarının çox böyük çeşidləri var. Bizim yaşadığımız yeni dünyanın şəhərləri beton, şüşə və plastikdən tikilmişdir. Mərkəzi istilik sistemi, elektrik işıqlandırma sistemi və havanın kondinsionerlərə təmizlənməsi kimi bir çox icadlar da arxitekturaya çox böyük təsir göstərmişdir. 1864-cü ildə liftin ixtirası arxitektorlara əvvəl olduğundan daha hündür binalar tikməyə imkan verdi. XIX əsrin sonunda Çikaqoda və Nyu-Yorkda polad karkaslı ilk göydələnlər tikildi. İndi arxıtektorlar mühındis və topoqraflarla birlikdə işləyirlər. Onlar kompyuterlərin köməyi ilə konstruksiyaların çəkisini və möhkəmliyini hesablalayır, lazım olanda proyektdə düzəlişlər edirlər. Bəzi qeyri-adi formalı binaları müasir texnologiyanın yardımı olmadan yaratmaq olmaz.