YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Azıx mağarası

Azıx mağarası (azıx- qədim tük dillərində ayı deməkdir) dünyada sayı az olan qədim mağara tipli insan düşərgəsindən biridir. Aşağı Antropogen dövrünə aid yeganə çoxtəbəqəli abidədir. Azərbaycan ərazisində təqribən milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən mağara arxantropların və daha qədim adamların məskəni və emalatxanası olmuşdur. Azıx mağarası Füzuli şəhərindən 14 km şimal-qərbdə dəniz səviyyəsindən 900 metr hündürdədir. Mağarada bir-biri ilə dar keçidlərlə birləşən 6 salon var. Azıx mağarasında Aşöl dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi tapılmışdır (dünyada üçüncü tapıntıdır). Bu Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir. Burada müxtəlif dövrlərə aid qalınlığı 10-14 m olan 10 təbəqə aşkar edilmişdir. Aşağı Paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və nadir hallarda balıq sümüyü mağaranın sakinlərinin yığıcılıqla bərabər ovçuluq və balıqşılıqla da məşğul olduqlarını sübut edir. Son qazıntılar dövründə Aşöl təbəqəsində 4 ocaq yeri üzə çıxarılmışdır.