YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İnciçiçəyi

İri ağacların kölgəsində, sıx otların arasında bir çiçək gizlənir. Onun itiuclu iki böyük oval yarpağı, yarpaqlarının arasında isə üzərində zınqırova oxşayan bir neçə kiçik ağ çiçəkdən ibarət uzun nazik zoğu var. Bu, inciçiçəyidir. Onun çiçəklərini və yarpaqlarını dərhal tanıyacaqsınız. Lakin bu çiçəyi xoşlayanlar, yaxud ondan dəstə bağlayanlar heç də bilmirlər ki, inciçiçəyinin giləmeyvələri olur: iri, qırmızı rəngli əsl giləmeyvələr. Bu giləmeyvələr gözlə yaxşı seçilir, lakin adamlar inciçiçəyini ancaq yazda yığdıqları üçün meyvəsinə təsadüf etmirlər. Axı, bu bitki yazda açır, onun meyvələri isə yayın axırlarında əmələ gəlir. Onlar çiçəyin özü kimi zəhərlidir. İnciçiçəyi xoşətirli gözəl çiçək olması ilə bərabər, həm də dərman bitkisidir. Onun zəhərli şirəsindən ürəyi xəstə olan adamlar üçün dərman hazırlayırlar.