YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yemişan

Bu bitki meşədə bitir; lakin ona bağlarda iri kol, yaxud kiçik ağac şəklində də təsadüf edilir. Bəzən ondan bağ və bağçalara canlı çəpər çəkmək məqsədilə istifadə edirlər. Pis iyi olan çiçəkləri var. Onun ətli meyvələri dəyirmi, yumurtavarı, qırmızı, narıncı-qonur və ya qaradır. Budaqları isə başdan-başa tikanlıdır. Kiçik quşların bir çoxu onun budaqlarında özlərinə yuva qururlar. Onları bu kola cəlb edən də elə onun tikanlı olmasıdır. Çünki bu tikanlar həm onun özünü, həm də budaqlar arasında gizlənənləri düşmənlərdən qoruyur. Yemişanın meyvələri və yarpağı bir çox xəstəliklərin dərmanıdır. Kiçik quşlar tikanlı budaqlar arasından asanlıqla keçir. Pişik, qarğa, yaxud bayquş onların yuvasına yaxın düşə bilmir. Özgə yuvasını dağıtmaq istəyənlərə tikanlar aman vermir.


Uşaqlar, əgər siz təbiəti sevirsinizsə və quşları öz bağınıza cəlb etmək istəyirsinizsə, orada çoxlu yemişan kolu əkin. Quşlar hökmən orada yuva quracaq və bala çıxaracaqlar.