YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Gəmilər

Gəmilərin tarixi çox qədimdir. Əvvəllər adamlar ağacların gövdələrində və sallarda, sonra isə oyma qayıqlarda üzürdülər. Çaylarda və göllərdə uzun ağacla suyun dibinə təkan vurmaqla və avar çəkməklə qayığı hərəkətə gətirirdilər. Qobustanın qaya təsvirlərində içərisində kamanla silahlanmış və silahsız adamlar oturmuş qayıq rəsmlərinə təsadüf olunur. Güman etmək olar ki, qədim qobustanlılar qayıqdan dənizdə balıq tutmaqla yanaşı, qonşu qəbilələrlə əlaqə saxlamaq üçün nəqliyyat vasitəsi kimi də istifadə ediblər. 


Təqribən 3 min il bundan əvvəl Aralıq dənizində gəmilər meydana gəlib, bu gəmilərdə avarlardan başqa yelkənlər də var idi. Belə gəmilər dənizdə yük daşıyır, hərbi səfərlərə çıxırdılar. Qaleralardan – yelkənləri olan hərbi taxta gəmilərdən uzun müddət istifadə ediblər. Bizə məlum olan ilk qaleralar eramızdan min il əvvəl düzəldilib və onlardan XVIII əsrin axırlarına qədər müharibələrdə və s. istifadə olunub. 


Getdikcə gəmilərin hərəkəti üçün küləyin gücündən daha çox istifadə etməyə başlayıblar. Gəmilərdə yelkənlərin sayı getdikcə çoxaldılır, onların yükdaşıma qabiliyyəti və sürəti artırılırdı. Ən sürətli yelkənli gəmilər quru çay daşıyan gəmilər – kliperlər hesab edilirdi. “Katti Sark” adlı ingilis kliperi səmt küləyi zamanı sutkada təqribən 400 mil (700 kilometrdən çox) məsafə qət edirdi. Hətta hər müasir teploxod sutkada bu qədər gedə bilməz! Lakin kliperlər yalnız külək olanda yaxşı üzürdülər. Küləksiz havada isə ən yaxşı yelkənli gəmilər aylarla hərəkətsiz qalırdı. 


1807-ci ildə amerikalı Robert Fulton gəmidə buxar maşınını quraşdırdı. Gəmilər küləyin şıltaqlığından yaxa qurtara bildilər. İlk paroxod “Klermont” adlanırdı. Lakin “paroxod” sözünün özü 1815-ci ildə ilk rus paroxodu “Yelizaveta”nın inşası zamanı meydana gəldi. O, Peterburqla Kronştadt arasında işləyirdi. 


İlk paroxodlar pərləri olan təkərlərlə təchiz edilmişdi. Buxar maşını bir və ya iki təkəri fırladır, bununla da gəmi hərəkət edirdi. Lakin paroxodda təkər və ya maşının sınmasından ehtiyat edərək, yelkənləri hələ də saxlayırdılar. Təkərlər isə, xüsusilə dənizdə tez-tez sınırdı. XIX əsrin birinci yarısından başlayaraq paroxodlarda təkərlərin əvəzinə avar vintləri quraşdırmağa başladılar.


XX əsrin əvvəllərində daxili yanma mühərriki ilə işləyən gəmilər – teploxodlar meydana çıxdı. Hərbi Dəniz Donanmasında, xalq təsərrüfatının müxtəlif sahələrində müasir teploxodlardan istifadə edilir. Traulerlərdə nəinki okeanlarda balıq tuturlar, həm də ov yerlərində tutulmuş balığı emal edir və dondururlar. Konteynerdaşıyan gəmilər müasir yük gəmiləridir. 


Sərnişin gəmiləri isə elə bil suda bütöv şəhərdir. Burada təkcə kayutlar deyil, istirahət salonları, idman meydançaları, hovuzlar, kitabxana və kino-konsert zalı da var. Bir limandan digərinə sualtı qanadları olan gəmi ilə tez çatmaq olar. Bu qanadlar gəmini suyun üzərinə qaldırır və gəmi saatda 100 kilometrdən artıq sürətlə şütüyür. 


Gəmilər getdikcə daha çox yük daşıyır, onların sürəti artırılır, onlar dənizdəki maneələri asanlıqla dəf edir.