YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kəklik

Uşaqlar, siz əgər respublikamızın Türyançay qoruğunda olsanız, gözəl bir quşa tez-tez rast gələ bilərsiniz. Bu, çəkisi 600 qramadək olan kəklikdir, özü də fərəyə oxşayır. Həmişə boynunu uzada-uzada gəzir, yeri qazıb yem axtarır. Təhlükə hiss etdikdə səs-küylə uçub qanadlarını bir-birinə çırpır. Dimdiyi və ayaqları qırmızıdır. Xalq arasında ona xınalı kəklik də deyirlər. Kəkliyin adına mahnılar da qoşulub. Rəngi bozumtul-qonur olub qara zolaqlıdır. Erkəyinin sinəsində şabalıdı rəngli nalşəkilli nişanı var. Avropada, Kiçik Asiyada, İranın şimalında, Qərbi Sibirin cənubunda, Tuva və Xakasiyada yayılıb. Əsasən, oturaq həyat keçirən bu quş seyrək kollu, dağlı yamaclarda məskən salır. Buna görə ona daş kəkliyi də deyirlər.


Kəkliklər payızda və qışda dəstə ilə yaşayır, yazda cüt-cüt ayrılırlar. Kəklik qışda dağ ətəklərinə köçür. Mayın ortalarından axırınadək 9-12, bəzən 14-17 yumurta qoyur. Əgər siz kol dibindəki yuvada qəhvəyi ləkələri olan qırmızımtıl yumurtalar görsəniz, onları dağıtmayın, bunlar kəklik yumurtalarıdır. Dişi kəklik bu yumurtaların üstündə 24-25 gün kürt yatdıqdan sonra onlardan xırda balalar çıxacaq. .


Kəklik, əsasən, bitki və cücülərlə qidalanır. Əti çox dadlıdır. Ovlandığından sayı azalır. Mühafizə olunur. Ölkəmizdə Türyançay Dövlət Qoruğunda, bəzi ovçuluq təsərrüfatlarında qorunub saxlanılır və artırılır. Kəklik, həmçinin respublikamızda Böyük Qafqaz dağlarının hər iki yamacında və Talış zonasında yayılıb.