YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yüngül atletika

Yüngül atletikanı “idmanın şahı” adlandırırlar. Qaçmaq, tullanmaq, nizə atmaq yarışları hələ Qədim Misirdə və Assuriyada keçirilirdi. Bunu arxeologiya elmi təsdiq edir. Yüngül atletikanın inkişaf tarixi qədim və müasir Olimpiya Oyunları ilə qırılmaz surətdə bağlıdır. Belə ki, Olimpiya Oyunlarının şanlı tarixi 28 əsr bundan əvvəl qaçış yarışlarından başlayır. 


Yüngül atletika idmanın ən geniş yayılmış növüdür. Axı, qaçış və yeriş bizim təbii, həyat üçün zəruri hərəkətlərimizdir. Uşaqlar qaçaraq bir-birini ötməyə çalışır, məktəbdə idman dərslərində qaçışlarda yarışırlar. Yüngül atletika ilə məşğul olan idmançılar isə yarışlarda birincilik qazanmaq üçün uzun müddət və inadla məşq edirlər. Onlardan bəziləri qısa məsafəni (60 metrdən 400 metrədək), başqaları orta məsafəni (800-1500 metr), üçüncülər uzun məsafəni (3000 min metr və daha çox) daha tez qət etməkdə yarışırlar. Düz (maneəsiz) və maneəli qaçış yarışı stadionun qaçış yollarında keçirilir. Dərə-təpəli yerlərdə, meşə və parklarda keçirilən qaçış yarışları kross adlanır. Marafon qaçışları üçün isə şose yollarında 42 kilometr 195 metr məsafə ayrılır.


Yüngül atletikaya elə hərəkətlər daxildir ki, onlar idmanın heç bir növü ilə məşğul olmayan adamlara da məlumdur. Yəqin siz dəfələrlə arx və kiçik çayların, gölməçələrin, kol və hasarların üstündən tullanmısınız. İdman dərslərində də uşaqlara uzununa və hündürlüyə tullanmaq öyrədirlər. Belə hərəkətlər yüngül atletika yarışlarının proqramına daxil edilir. Ümumiyyətlə, yüngül atletlər üç dəfəyə tullanaraq (üç dəfə yerə təkan vurmaqla uzununa tullanma) 16-17 metr məsafəni də qət edə bilirlər. Uzun nazik ağacın – şüvülün köməyi ilə isə ikimərtəbəli ev hündürlüyünə qədər tullanmaq olar.


Uşaqlar tez-tez daş və ya topu daha uzağa tullamaq üzrə də yarışırlar. Yüngül atletlər isə disk, çəkic, nizə atır və yadro tullayırlar. Qaçış və tullanma hərəkəti sürətləndirir, insanda dözümlülüyü, cəldliyi, çevikliyi inkişaf etdirir, atma, tullama isə hərəkəti və gücü əlaqələndirir.


Bütün bu keyfiyyətlərə malik olmaq istəyənlər çoxnövlü idmanla məşğul olmalıdır. Müasir Olimpiya Oyunlarında yüngül atletika əsas yer tutur. 


Əgər bədəninizin daha da sağlam olmasını istəyirsinizsə, yüngül atletika ilə müntəzəm məşğul olun.