YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ördəkburun

Alimlər ördəkburunun varlığına uzun müddət inanmır, bu barədə gedən söhbətləri uydurma və əfsanə hesab edirdilər. Lakin nəhayət, bu qeyri-adi heyvanın varlığı sübut edildi. Bu vaxt belə bir sual meydana çıxdı: o, quşdur, yoxsa məməli? Əvvəlcə onu quş-məməli adlandırdılar, sonra ad da verdilər – ördəkburun. Axı, onun burnu lap ördək burnuna oxşayır. Başlıcası isə budur ki, ördəkburun quş kimi yumurta qoyur, diri bala doğmur. Bir çox əlamətləri ördəkburunu sürünənlərə yaxınlaşdırır. Məsələn, qan dövranı sisteminin quruluşu, bədən temperaturunun ətraf mühitin temperaturundan asılı olaraq tez-tez dəyişməsi və s. Hətta onun yumurtası da quş yumurtasından daha çox sürünənlərin yumurtasına oxşayır. Lakin ördəkburunu məməlilərə yaxınlaşdıran cəhətlər daha çoxdur. Başlıcası budur ki, o, yumurtadan çıxmış balalarına süd verir.


Ördəkburunlar çay sahillərində yaşayır və vaxtlarının çoxunu suda keçirirlər. Barmaqları arasındakı pərdə sayəsində onlar yaxşı üzür, suda uzun müddət qala bilirlər. Suyun dibindən müxtəlif su cücülərini, onların sürfələrini, balıqqulaqlarını çıxarırlar.