YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kartof

Avropada kartof Cənubi Amerika kəşf edildikdən sonra məlum olmuşdur. Avropalılar yelkənli gəmilərdə daşıdıqları qarət olunmuş qızıl və başqa qiymətli şeylərlə bərabər, bu naməlum bitkinin də kökyumrusunu öz vətənlərinə gətirirdilər. Uzun müddət kartof ən az tapılan yemək növü hesab olunmuş və ancaq varlıların evində istifadə edilmişdir. 


İlk dəfə kartofu 14 min il bundan əvvəl Cənubi Amerika hindiləri becəriblər. Rusiyaya ilk dəfə I Pyotrun vaxtında gətirilib. Kartof yumruları o vaxt xırda və acıtəhər idi. Kartofu sıx əkirdilər, ona görə də yumrular daha xırda olurdu. Kəndlilər bu “şeytan alması”nı əkməkdən uzun müddət imtina edirdilər. Hətta kəndli hərəkatları da baş verirdi. Çünki kəndliləri kartof əkməyə zorla məcbur edirdilər. Hərbi hissələr “kartof qiyamları”nı yatırırdılar.


Kartof Azərbaycana XVIII əsrin sonu – XIX əsrin əvvəllərində gətirilib. Azərbaycanda bu “şeytan alması”na “yer alması” da deyiblər. Babalarımızın və nənələrimizin dediyinə görə, keçmişdə azərbaycanlılar kartof yeməzdilər. Ancaq sonralar özləri bu xeyirli bitkini təsərrüfatlarında becərib və ondan istifadə etməyə başlayıblar. 


İndi kartof ən geniş yayılmış kənd təsərrüfatı bitkilərindən biridir. Kartof mal-qara üçün də yaxşı yemdir. Kartofun tərkibində nişasta, şəkər, zülal, mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə xorasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir. Kartofdan nişasta, patka, spirt də düzəldirlər. Həmin spirtdən isə sonra sintetik kauçuk alınır. Azərbaycanda əsasən Gədəbəy, Qazax, Tovuz, Astara, Lənkəran və s. rayonlarda əkilir.