YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İşıldaböcək

Yay axşamlarından birində hava tamam qaraldıqdan sonra otların və ya kolların arasında yaşılımtıl işıqla yanan xırda “fənər” görmüsünüzmü? O, uzun müddət, parlaq, bəzən bir neçə gecə eyni yerdə “yana bilər”. Onun işığında qaranlıqda, hətta saatın rəqəmlərini görmək mümkündür. Bu gizli fənəri yandıran, qaranlıqda sehrli fosforlu işıq buraxmaq kimi qeyri-adi qabiliyyəti olan işıldayan böcəkdir. O, çox xeyirlidir. İlbizin çanağının içərisinə girir və bu ziyanvericini məhv edir.


İşıqvermə orqanları, adətən qarıncığın sonunda yerləşir. Burada şəffaf qabıq altında iri, fotogen hüceyrələr olur; bu hüceyrələrə çoxlu sinir və traxeyalar (hava aparan yollar) sarınmışdır. Traxeyalar bu hüceyrələrə oksigenlə birləşmə proseslərinin getməsi üçün lazım olan hava gətirir, sinir düyünləri isə bu prosesləri nizama salır, yəni işığı azaldıb-çoxaldır, yaxud da həm yandırır, həm də söndürür.


Qanadlı işıldayan böcəklər erkəkdirlər, onların “lampaları” hərdənbir və qısa müddətə yanır. Dişiləri isə qanadsızdır və onlar öz işıqlarını uzun müddətə yandırır və yay gecələrinin qaranlığında parıldayırlar. Dünyada işıldayan böcəklərin çoxlu növləri var. Tropik ölkələrdə yaşayanları iri olub ağacların arasında dəstə ilə uçur, yarpaqların üzərində birlikdə “yanır” və “sönür”, öz sehrli fənərləri ilə qəribə bir mənzərə yaradırlar.