YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Gəmiricilər

Uzunluğu 5 santimetr, çəkisi cəmi bir neçə qram olan bambalaca siçan və bir metr uzunluğunda 30 kiloqramlıq qunduz, çevik, yüngül sincab və yöndəmsiz oxlu kirpi, ağacda yaşayan süleysin və ləng tərpənən baybak (çöl kəsəyəni), isti quru çöllərin və səhraların sakini ərəbdovşanı və soyuq tundrada yaşayan lemminq (ala tarla siçanı), ondatra, burunduk və bataqlıq qunduzu. Həm görünüşü, həm çəkisi, həm də həyat tərzinə görə bir-birindən fərqlənən bu heyvanları yaxınlaşdıran nədir?


Onlar hamısı gəmiricilərdir. Elə adlarından məlum olur ki, bunlar necə qidalanırlar. Bütün gəmiricilər bitki yeyirlər. Onları fərqləndirən ilk əlamət onların dişləridir. Gəmiricilərin köpək dişləri olmur. Lakin onların kəsici dişləri uzun, möhkəm, özü də çox itidir. Daim “işlədiyinə” görə bu dişlər tədricən yeyilir, amma yenidən uzanır.


Gəmiricilərə hər yerdə - uzaq şimalda və qızmar səhrada, yüksək dağlarda və meşələrdə rast gəlmək olar. Yırtıcı quşlar, ilk növbədə, bayquşlar bir çox gəmiriciləri, xüsusən siçanabənzərləri tutub yeyir. Bəzi xəzdərili heyvanlar da, məsələn, tülkü, sincab, dələ, samur, safsar və dələ fəsiləsindən olan gəlincik gəmiricilərlə qidalanır. Əgər gəmiricilər qırılsa, bütün bu yırtıcı quşlar və heyvanlar acından ölər. Bəzi gəmiricilərin özləri də xəzdərili heyvanlardır. Məsələn, sincabın, ondatranın və bataqlıq qunduzunun dərisi çox qiymətlidir.


Azərbaycan ərazisində gəmiricilərin 31 növünə təsadüf olunur.