YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kolibrilər

Bunlar ən kiçik və demək olar ki, dünyada ən gözəl quşlardır. Kolibrinin bədəninin uzunluğu 5,7 santimetrdən 21,6 santimetrədək, çəkisi 1,6 qramdan 20 qramadək olur. Başındakı lələk bəzən uzun kəkil əmələ gətirir, bəzi növlərinin quyruğu və dimdiyi çox uzun olur. 


Kolibrilərə “uçan daş-qaş” da deyirlər, çünki kalibrinin tükləri müxtəlif rənglərlə bərq vurur. Erkək kolibrilərin rəngi dişilərə nisbətən daha əlvan olur. 


Kolibrilər Mərkəzi və Cənubi Amerikada yaşayırlar. Yalnız bir növü şimala və Kanadanın sərin dağ meşələrinə qədər yayılıb orada məskən salmışdır. Ekvador və Kolumbiyanın tropik meşələrində kolibrinin 160-a qədər növü yaşayır. Bu xırda quşların əzələləri çox güclüdür. Onlar saniyədə 80 dəfəyə qədər qanad çalır. İriləri isə cəmi 8-10 dəfə qanad çala bilir. Kolibrilər bütün quşlar kimi şaquli istiqamətdə deyil, üfüqi istiqamətdə qanad çalır. Buna görə də onlar geriyə də uça bilir. Onların həyat tərzi də qeyri-adidir. Kolibrilər heç vaxt yerə enmir, gecələr isə yarasa kimi başıaşağı ağacdan sallanıb yatır. Onların yuxusu adi yuxu kimi deyil. Onlar anabioz yuxuya dalır, yəni ürəklərinin fəaliyyəti yavaşıyır, nəfəsləri kəsilir, bədənlərinin temperaturu 30-40 dərəcə Selsidən 14,5-21 dərəcə Selsiyədək azalır. Amma günəş görünən kimi, kalibri “cana gəlir” və öz işinə başlayır: o, nazik hərəkətli dilini boru kimi burub çiçəklərdən nektarı (şirin şirəni) sorur və ya xırda cücüləri tutur. 


Kolibrilər intensiv hərəkətdə olduqları üçün çoxlu enerji itirir, buna görə də son dərəcə acgöz olurlar. İtirilən enerjini sorduqları nektar hesabına ödəyirlər. Bütün gün ərzində kolibrilər çəkilərindən iki dəfə çox yeyirlər. Kolibrilər uzun müddət ac qala bilmirlər. Harada çiçək görsələr orada məskən salırlar. Dişi kolibrilər ağacların budaqlarında qurduğu kiçik rahat yuvaya çəkisi 2-3 milliqram olan iki ağ yumurta qoyurlar. 14-19 gün kürt yatandan sonra yumurtadan çıxan xırda balaların gözləri kor olur, ana kalibri onu 3 həftə yuvasında bəsləyir. Bəzi növləri yuvalarını tüpürcəkləri ilə qayaya, yarpağa yapışdırır. 


Kolibrilər içində balaları, yaxud xırda yumurtaları olan yuvalarını “qəhrəmancasına” qoruyurlar. Onlar düşmənə cəsarətlə hücum edir, hətta ilanların gözünü dimdikləyib onları ağacdan yerə salırlar. Kolibrilər həm də faydalı quşlardır. Bitkilərin tozlanmasına onların köməyi çoxdur. 


Gözəl lələyinə görə insanlar kolibriləri uzun müddət qırmışlar. Ona görə də bir çox növlərinə nadir halda təsadüf olunur.