YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nerpa

Nerpalar ən kiçik kürəkayaqlılardır. Bədənlərinin uzunluğu cəmi 1.5 m-dir. Onlar əsl suitilər fəsiləsinə aiddirlər. Nerpaların 3 növü var. Onlar Rusiyanın şimal yarımkürəsində yaşayır. Bundan başqa Xəzər dənizində xəzər nerpası, Baykal gölündə baykal, Şimal Buzlu okean və Uzaq Şərqdə halqalı nerpalar məskunlaşmışlar. Yayda onlar sahilyanı, dayaz yerlərdə, çoxsaylı körfəz və adalarda yaşamağa üstünlük verirlər. 


Nerpalar əsasən balıqla qidalanır. Qışda heyvanların bir hissəsi suda üzən buzlara doğru hərəkət edirlər. Dəniz bəbiri ən geniş yayılmış Antarktik suitisidir. O, tək həyat tərzi keçirən tipik yırtıcıdır. 


3 metrlik uzun bədəni və boyuna görə zooloqlar onu ilana, bədənindəki tünd xallara görə isə əsl bəbirə bənzədirdilər.


Üçbaşlı əsaya oxşayan köpək dişləri qurbanı bərk tutub saxlayır. Dəniz bəbirinin ağzından qurtarmaq müşkül məsələdir. Onun qorxduğu yeganə heyvan orkadır.


İl ərzində nerpalar adətən tək yaşayırlar. Böyük toplanmalar (20-50 heyvan) yazda-artım mövsümündə baş verir. Bu vaxt dişilər qar üzərində yuvalar qurur və ya buzlarla təbii oyuqlar açırlar.Elə burada da balaları doğulur.


Kaliforniyalı dəniz şirləri-qulaqlı suitilər fəsiləsinin nümayəndəsidir. Çoxdan məlumdur ki, onlar bacarıqlı şagirddirlər. Ona görə də onlara çox vaxt sirklərdə rast gəlirik. Əsas qidası balıqdır. Ancaq tutan kimi onu dərhal quyruğundan yemirlər. Çünki balığın pulcuqları onların boğazını yaralaya bilər. Əvvəl balığı göyə elə atırlar ki, havada çevrilsin, sonra isə başından başlayaraq udurlar.


Başqa kürəkayaqlılardan fərqli olaraq, dəniz şirlərinin tüklü balaca qulağı, çox böyük qabaq kürəkləri var. Çəkisinin ağırlığına baxmayaraq, suda bu heyvanlar inanılmaz dərəcədə çevik görünürlər.


Yaz və yayda dəniz şirləri Kaliforniyanın daşlı sahillərində, Qalapaqoss adalarında və Yapon dənizinin adalarında çoxminlik yataqlar düzəldirlər. Və bu zaman onların cütləşmə dövrü başlayır. Erkəyin ətrafında 10-20 dişi toplaşır. Oonlar öz balalarını qoxu və səslə müəyyən edirlər.