YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Buynuzlular

Buynuzlular cütdırnaqlıların ən geniş yayılmış fəsiləsidir. Buraya 110-a qədər növ daxildir. Bu fəsiləyə daxil olan bütün heyvanların ümumi xüsusiyyəti buynuzlarının quruluşudur.


Vəhşi buynuzlular Avrasiya, Afrika və Şimali Amerikada geniş yayılıblar. Bu heyvanların əksəriyyəti açıq sahələrdə yaşayır. Onlara qalın meşələrdən tutmuş səhralaradək müxtəlif yerlərdə rast gəlmək olar. Demək olar ki, bütün buynuzlular vacib ovluq heyvanlara aiddirlər. Onların bəzi növləri isə ev heyvanlarının əcdadı sayılır. 


Buynuzlular fəsiləsinə Afrika qitəsində yaşayan çoxsaylı antiloplar daxildir. Qnu və Kanna-Afrikada yaşayan antilopdur.


Qnu antilopları digər antilop növləri zebr və dəvəquşularla birgə böyük bir sürü yaradırlar.


Erkək kannalar öz sahələrini buynuzları arasında yerləşən cod tüklərinin qalın kəkili ilə işarələyirlər. Heyvan başını aşağı salıb kəkilini palçığa batırır, sonra isə alnını ağac gövdəsinə sürtür. 


Kanna-ən iri Afrika antilopudur. Yaşlı erkəklərin çəkisi 1 ton, hündürlüyü isə 180 sm-dir.