YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tutuquşular

Tutuquşular-çox parlaq və səs-küylü quşlardır. Onların yaddaşı və səs təqlidi bacarığı çox gözəl inkişaf etmişdir. Buradan da onların “danışma” qabiliyyəti yaranmışdır. Tutuquşuların çoxu əhliləşdirilib uzun müddət (80 ilə qədər) mühafizə şəraitində qala bilir.


Tutuquşular insan dilini bütün heyvanlardan yaxşı yamsılayırlar. Yeni Zelandiyada kakapo adlı qeyri-adi tutuquşu yaşayır. Zahirən o, bir az bayquşa bənzəyir, ən əsası isə kakapo uçmağı bacarmır. Kakapolar müxtəlif kol giləmeyvəsi ilə qidalanır, onları yığır və keçdikləri daimi yollarla piyada hərəkət edirlər. Kakapo nadir tutuquşu növüdür və təəssüf ki, hazırda məhv olmaq üzrədir.


Tutuquşu zahirən böyük başındakı ucu iti qarmaqlı ağır dimdiyi ilə seçilir. Bu dimdiyin və güclü çeynəyici əzələlərin vasitəsilə tutuquşular qozu və digər bərk qidaları sındırırlar (bununla belə meyvə, qoz və budağı pəncələri ilə tutub saxlayırlar).


Tutuquşular bitki ilə qidalanırlar, tək-tək növləri isə heyvani yemlərdən istifadə edirlər. Belə tutuquşulardan biri kea tutuquşusudur. Bu tutuquşu Yeni Zelandiyanın cənub adalarındakı dağlarda yaşayır. Keanın əsas qidası bitki və xırda heyvanlardır. Çox vaxt kealar qoyun sürüsünün yanında ölmüş heyvanların cəsədini dimdikləyir, bəzən isə diri qoyunlara hücum çəkirlər. Odur ki, yeni zelandiyalı fermerlər bu tutuquşularını məhv edirlər. Buna görə də hazırda onların sayı çox azalmışdır.

 

Ayrılmazlar- Afrika və Madaqaskarda yaşayan xırda tutuquşulardır. Yuva tikərkən onlar ot, kiçik budaq və digər tikinti materialını bellərindəki qanadın arasına soxaraq yuvaya daşıyırlar.


Cənubi və Mərkəzi Amerikada parlaq və iri aralar yaşayırlar. Qırmızı ara Meksikadan Braziliyaya qədər olan meşələrdə geniş yayılmışdır. Hindlilər onun lələklərindən bəzək üçün istifadə edirdilər. 


Hindlilər araları göy alovunun, onların uzun, qırmızı quyruqlu lələklərini isə günəşin simvolu kimi qəbul edirdilər. Bu lələklərə sahib olmaq üçün qədim inklər Perunun şərqindəki meşələrə ekspedisiyalar təşkil edirdilər.


Avstraliya və ətraf adalarda kakadu tutuquşuları yaşayır. Bunlar başlarında kəkili olan kifayət qədər iri quşlardır. Onlar meşələrədə yaşayır, oyuqlarda yuva qurur, meyvə həşərat və qozla qidalanırlar. 
Nə üçün tutuquşular qəfəsdə “danışmağa” başlayırlar?  Alimlər hesab edirlər ki, bununla fəal quşlar sadəcə qəfəsdəki sıxıntılarından xilas olurlar. Məlumdur ki, cüt saxlanılan tutuquşular danışmağa çox böyük çətinliklə öyrədilirlər. 


Jako və ya boz tutuquşu Afrika sakinidir. Bu tutuquşular dəstə ilə yaşayırlar. Jako insan dilinin ən yaxşı təqlidçisidir, ona görə də onu qəfəsdə böyük həvəslə saxlayırlar.