YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Uzunqanadlar

Bu dəstəyə bütün həyatı hava ilə bağlı olan xırda quşlar daxildir. Bu quşlar uçuş zamanı yeyir, içir, çimir, cütləşirlər. Bəziləri hətta havadaca yatırlar. uzunqanadlar qəribə bir xüsusiyyətə malikdirlər. Onların bədən hərarəti digər quşlardakı kimi o qədər də daimi deyil. O, müvəqqəti olaraq o qədər aşağı düşə bilər ki, quşlarda donma baş verər. 


Cənub-şərqi Asiya, İndoneziya və Polineziya adalarında uzunqanad salanqanlar yaşayırlar. Bu quşlar mağaralarda, bəzən isə tam qaranlıqda yuva qururlar.


Mağaralarda onlar exolokasiyadan istifadə edirlər, yəni xüsusi səslər çıxarıb, onların divardakı əks-sədası ilə fəzaya uyğunlaşırlar. Boz salanqan yuvasını ancaq öz tüpürcəyi ilə tikir. Cənub-Şərqi Asiya sakinləri məhz bu yavalardan qidalarında istifadə edir və onların qaranquş yuvaları adlandırırlar. 


Uzunqanadların ayaqları balaca, zəif və caynaqları itidir. Bu quşlar, demək olar ki, quruda gəzə bilmir, ancaq budaqlara qonur və ya caynaqlarını dik səthlərə keçirirlər. Ona görə də uzunqanadlar yerdən uça bilmirlər. Yerə düşmüş uzunqanadı uçurtmaq üçün göyə atmaq lazımdır.


Avropa, Asiya və Afrikada ən geniş yayılmış və məşhur uzunqanad qara uzunqanaddır. Onlar əsasən şəhərlərdə yaşayırlar. Məhz onların uçub gəlməsi ilə əsl yay başlayır və onların uçub getməsi ilə qurtarır. Qara uzunqanadlar yuvalarını havada yığdıqları ot, lələk və yarpaqlardan tikirlər. Balaları üçün həşəratları da havada tutur: valideynlər ağızlarını yemlə doldurub balalarına daşıyırlar. Pis havada balalar donur, bədənlərinin hərarəti 20 dərəcəyə qədər enir və belə vəziyyətdə onlar 10-12 gün qidasız qala bilirlər.


Kiçicik bədəninin olmasına baxmayaraq, kalibrinin çox böyük ürəyi uçuşu təmin edən gözəl döş əzələləri vardır.


Kolibrilər gün ərzində çəkilərindən iki dəfə çox yeyirlər. Güllərin nektarını gülün qarşısında dayanaraq havadaca sorur, həşərat və böcəkləri isə havada yaxud yarpaqlardan yığırlar.


Uzunqanadlar dəstəsində kolibrilər xüsusi qrup təşkil edirlər. Onlar Şimali və Cənubi Amerikada, əsasən isə Amazonkanın tropik meşələrində geniş yayılmışlar. Bu qrupa dünyanın çəkisi 1,6-20 q-q qədər olan ən xırda quşları daxildir. Kolibrilərin lələkləri metal parıltılı olur, bundan əlavə, lələklərin rəngi işığı əks etdirmələri ilə əlaqədar dəyişir. Kolibrilərin, əsasən də xırdalarının, qanad çalma sürəti çox böyükdür: adi uçuşda saniyədə 20-80, nikah uçuşunda isə 100-ə qədər çalma olur. Uçuş zamanı qanadların hərərkəti gözlə görünmür, ancaq bununla bərabər kolibrilər uzunqanadlardan asta uçurlar. Çünki onların qanadı elə də uzun deyil. Bütün uzunqanadlar kimi, kolibrilərin bədən hərarəti çox dəyişkəndir. Ancaq hərəkət zamanı, günün açıq vaxtı, bədən hərarəti kəskin aşağı düşür (bəzən 17-2- dərəcəyə qədər) və donurlar. Bu vəziyyətdə 15-20 saata qədər qala bilirlər.