YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zülallar

Əvvəllər adamlar yalnız bişmiş yumurtanın ağına zülal deyirdilər. Sonra alimlər öyrəndilər ki, zülalların sayı lap çoxdur, belə ki, bütün canlılar zülaldan yaranmışdır. Elə yumurtanın sarısı da müxtəlif zülallardan ibarətdir. 


İndi biz yaxşı bilirik ki, həyat olan yerdə zülal da vardır. Gözün daxili səthi işığahəssas zülal təbəqəsi ilə örtülmüşdür. İşıldaquşun gecələr işıldamasına səbəb xüsusi zülallardır. Dəniz skatının xüsusi orqanındakı zülali maddələr elektrik hasil edir. Zülallar qidalanmanı, böyüməni, hərəkətləri, hissiyyatı, beynin işini idarə edir.


Bitkilərə yaşıl rəng verən xlorofil zülalı gözəl xassələrə malikdir: o, günəş enerjisinin köməyi ilə ən sadə maddələrdən mürəkkəb maddələr əmələ gətirir. 


Həyat üçün digər rəngli zülalın – hemoqlobinin əhəmiyyəti bundan heç də az deyildir. Bizim qanımıza qırmızı rəng verən də, tənəffüs zamanı hava ilə aldığımız oksigeni ağciyərlərimiz vasitəsilə bədənimizin hər yerinə daşıyan da odur. Əgər hemoqlobin hissəcikləri oksigen daşımasaydı, bədənimizin toxumaları məhv olardı. 


Biz burada yalnız bir neçə zülalın işindən danışdıq. Lakin onlar o qədər çoxdur ki, saymaqla qurtarmaz. Bədənimizin hər bir hüceyrəsində minə qədər zülal var, bunların hər biri həyat üçün zəruri iş görür. 
Zülallar nəinki sayca çoxdur, həm də bunlar təbiətin ən mürəkkəb, ən sirli maddələridir. Alimlər yalnız son illərdə zülalın sirlərini açmağa başlamış, bir çox zülal hissəciklərinin quruluşunu başa düşmüş, bəzi zülalları süni yolla almışlar. Lakin öyrənilməmiş məsələlər daha çoxdur. Əgər siz gələcəkdə tədqiqatçı olmaq istəsəniz və zülalların öyrənildiyi laboratoriyaya gəlsəniz, sizin üçün burada iş tapılar. Zülalın bütün sirləri alimlərə məlum olduqda isə xəstəliklər həmişəlik aradan götürüləcək, insanlar indikindən 2-3 dəfə çox yaşayacaqlar.