YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əlibəyli Xanımana

Xanımana Sabir qızı Əlibəyli 1920-ci il aprelin 20-də Bakı şəhərinin Keşlə kəndində mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açıb. 

 
Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. 
 
Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış. ADU-da  oxuduğu illərdə “Ana” şerini yazır. Sonra digər uşaq şeirləri yazır. "Balaca həkim" adlı ilk kitabı 1955-ci ildə “Uşaqgəncnəşr” tərəfindən 30.000 nüsxə ilə çap olunub. Bundan başqa onun “Çoxbilmiş çəpişlər”, “Ləpələrin nağılı”, “Sənubərin gözləri”, “Məni günəşə at” və s. kitabları da işıq üzü görüb. 
 
X.Əlibəylinin bəzi əsərləri keçmiş SSRİ xalqlarının, eləcə də çex və slovak dillərinə tərcümə edilib.
 
“Dovşanın ad günü” “ Gözəllər gözəli ” poemaları onun ən populyar poemalarındandır. Bu poemalar məktəb yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulub. 
 
Xanımana Əlibəyli 7 may 2007-ci ildə dünyasını dəyişib.