YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Göyərçinlər

Göyərçinlər dəstəsinə yer kürəsinin bütün guşələrində yaşayan quşlar daxildir. Qidanı (əsasən də bitki toxumlarını) göyərçinlər yerdən yığırlar, ona görə də yaxşı yeriyirlər. Onlar asan və cəld uçur, havada kəskin dönmələr edə bilirlər. Bu quşlar yuvalarını ağaclarda və ya qaya yarıqlarında qururlar.


Şimali Amerikada səyyah göyərçin çoxluq təşkil edirdi. Kütləvi uçuşlar zamanı bu göyərçinlərin dəstəsi günəşin qarşısını tutub onu görünməz edirdi. Ancaq əsrimizin əvvəlində bu quşlar hədsiz ovlanaraq məhv edilmişdir. 


Maraqlıdır ki, göyərçinlər öz balalarını yarımhəllolunmuş qida qalıqları və çinədan divarlarındakı xüsusi ifrazatlar “quş südü”ilə bəsləyirlər. Sonralar isə böyümüş quş balaları yumşaq bitki ilə qidalanmağa başlayırlar. 



Ən iri və gözəl quşlar (çəkisi 1, 3 kq ) Yeni Qvineyanın meşələrində yaşayan taclı göyərçinlərdir. 


Göy göyərçini bu dəstənin məşhur nümayəndəsi hesab etmək olar. O, həm təbiətdə, həm də insanla yanaşı yaşayıb, bütün yer kürəsi boyunca yayılmışdır. Onlar meşələrdən qaçıb qayalarda, dağ ətəklərində, yarğanlarda məskunlaşmağa çalışırlar.