YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Baobab

Baobab – Afrika, Madaqaskar və Asiyanın tropik bölgələrində yetişir. Hündürlüyü 25m-dir. Gövdəsinin həcmi 30 tona, diametri isə 11 m-ə çatır. 

 

Portağal böyüklüyündə, yumurta formasında olan meyvəsinin turş lətli hissəsi yerli əhali tərəfindən şəkər tozu əlavə olunub yeyilir. Qabığından və yarpaqlarından "adasonina" adı verilən qızdırma salan maddə əldə edilir.  Baobabın odunundan da kağız emal olunur.

 

Madaqaskar adasında 8 növ baobab bitir. Bunlardan təkcə birinə Afrikada rast gəlmək mümkündür. Baobabların bəzi növləri 35 metrə qədər boy ata bilər.

 

Bu inanılmaz ağac yalnız gecə çiçəklənməyə başlayır və çiçəklənmə bütün yağışlı mövsümün oktyabr-dekabr aylarında davam etməsinə baxmayaraq hər bir çiçək bir gecə yaşayır. Baobabın çiçəkləri ağ və çox böyükdür, xoş bir qoxusu var, ancaq açmağa başladıqdan qısa müddət sonra solur.

 

Baobab meyvəsinin toxumu yeməlidir və bişirildikdən sonra ondan qəhvə dəmlənilir.


Meyvəsinin qabığından sabun və təəccüblü olaraq qızartma yağı hazırlanır.

 

Baobab qabığı dərman vasitəsi kimi də istifadə olunur. Soyuqdəymə, dizenteriya, ürək-damar xəstəlikləri, diş ağrısı, astma, həşərat dişləmələri əleyhinə dərmanlar hazırlanır.


1991-ci ildə diametri  54,5 metr olan bir baboab ağacı Ginnesin Rekordlar Kitabına düşmüşdür.