YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Anqutlar

Həyat tərzinə görə anqutlar qaqarları xatırladır. Onlar da su quşlarıdır. Anqutlar da qaqarlar kimi çox gözəl üzür və suya baş vurur, ancaq torpaq üzərində demək olar ki, gəzə bilmirlər. Çünki ayaqları xeyli arxada yerləşir. Görünür, anqutlar öz adlarını yeyilməyən, bərk və balıq iyi verən ətlərinə görə almışlar. Anqutlar əsasən balıqla qidalanırlar.


Anqutların zahiri görünüşündə boyunlarındakı kürən “yaxalıq” başlarındakı iki dəstə lələk-“quraqlar” diqqəti cəlb edir. Onlar çay və göl kənarlarında, qarğı və qamışlıq arasında yuva tikirlər. Artım dövrünün əvvəlində anqutlarda çox maraqlı nikah oyunları baş verir. Quşlar bir-birinin qarşısına üzərək, boyunlarını uzadıb, “qulaqlarını” və “yaxalıqlarını” qaldırır, hətta bir-birinə bitki parçalarını hədiyyə edirlər.


Anqutlar yuvaya 3-4 yumurta qoyur və hər iki valideyn kürt yatır.


Su altında anqutlar ancaq ayaqlarının köməyi ilə hərəkət edir. Anqutlar avar çəkdikcə, onların ayaqları dövri hərəkət edir. Bu quşlar 1-2 m dərinliyə baş vuraraq, suyun altında 30-40 saniyə qala bilirlər.