YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Buzlaqlar

Buzlaqlar buzun uzun illər ərzində toplanması sayəsində yaranır. Bu, o yerlərdə baş verir ki, bütün qış boyu yağan qar yay vaxtı əriməyə macal tapmır. Odur ki, buzlaqlar, əsasən, uca dağların zirvəsində, Arktika adalarında və Antarktidada müşahidə edilir. 


Yayda havanın temperaturu sıfırdan yuxarı qalxdıqda buzlağın səthindəki qar əriyərək, ayrı-ayrı buz dənələri (firnlər) əmələ gətirir. Bu dənələr bir-birinə möhkəm birləşmiş olsa da, bu, hələ tam buz deyil; bir neçə yay lazımdır ki, firndə donmuş su onu buza çevirsin. Dağ buzlaqlarının qalınlığı 100 metr, Antarktidada və Qrenlandiyada isə 3-4 kilometr olur. 


Bütün buzlaqlar hərəkət edir. Bu, buzun xüsusiyyətidir: buz layı çox qalın olduqda, buz öz ağırlığının təsiri ilə yavaş-yavaş “axmağa” başlayır.


Qafqaz dağlarındakı bir çox buzlaq ildə 100 metrədək hərəkət edir. Tyanşan və Pamir dağlarının nəhəng buzlaqları isə ildə 150-300 metr sürüşür. Bəzən hərəkət edən buzlaq öz yolunda daş maneələrə rast gəlir və parçalanır. Bu zaman buz uçqunları – buzlaqların ən təhlükəli və çətin keçilən yerləri yaranır. 


Buzlaqlar ən yaxşı şirin su mənbəyidir. Buzlaqlarda əriyən qar bir çox hallarda çayların başlanğıcını təşkil edir. 


Dağ çaylarının əksəriyyəti buzlaqlardan qidalanaraq, bir çox quru iqlimli ölkələrin torpağına bərəkət gətirir. Azərbaycanda Bazardüzü, Tufan, Şahdağ və Bazaryurdda buzlaqlar var.