YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Xərçəngkimilər

Xərçəngkimilər dəniz və şirin sularda, kiçik və böyük su hövzələrində, dayaz və ən böyük okean dərinliklərində məskunlaşıblar. Bəzi xərçəngkimilər quruda yaşamağa uyğunlaşıblar. İndiyə qədər xərçəngkimilərin 20 mindən artıq növü məlumdur.


Şaxə bığlı xərçənglər dəstəsi öz adlarını başındakı antenaya oxşar iri bığlarına görə almışlar. Bu antenalar uzun cod tüklərlə örtülüdür. O hər iki bığla eyni vaxtda “ qanad çaldıqda” suda özünü itələyir və qısa sıçrayışlarla hərəkət edir. Buna görə də onları hərdən su birələri də adladırırlar. Xərçənglərin bədəni yarımşəffaf xitindən ibarət ikitaylı çanaqla əhatə olunub.


Xərçənglər bütün şirin su hövzələrində yaşayırlar və onların ən tanınmış nümayəndəsi dafniyadır. Şaxəbığlı xərçənglər bütün həyatlarını suda keçirirlər və balıqların qidalandığı şirin su planktonlarının əsas tərkibini təşkil edirlər. Xərçənglər özləri bakteriyalarla və birhüceyrəli yosunlarla qidalanırlar.


Dünya okeanındakı dəniz planktonlarının 90 faizini xərçəngkimilər təşkil edir. Bu planktonlar mikroskopik yosunlarla qidalanır və üzvi maddələr ifraz edirlər. Əksər balıqlar və balinalar bu plankton xərçənglərlə qidalanırlar.


Xərçəngkimilərin ölçüsü bir neçə millimetrdən 80 sm-ə qədər ola bilər. Onların bədənlərinin forması, quruluşu və rəngləri qeyri adi müxtəlifdir. 


Əksər xərçəngkimilərin başı, sinəsi və qarnı fərqlənir. Xərçəngkimilər qəlsəmələr vasitəsilə nəfəs alırlar. Qəlsəmələr xərçəngkimilərdə döş və qarın ayaqlarında yerləşir. Bəzi xərçəngkimilərin qarnı qırmızı, bəzilərində isə mavidir. Bu da qan piqmentlərində dəmirin mislə əvəz olunması ilə bağlıdır.


Xərçəngkimilərin bədənləri xitinli zirehlə örtülüb. Bu zireh onları yaxşı müdafiə edir, lakin böyüməyə qoymur. Buna görə də vaxtaşırı xərçəngkimilər qabıqdan çıxırlar. Zirehi tulladıqda tez inkişaf edirlər.