YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balaş Azəroğlu

Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakıda doğulub. Orta təhsilini də burada alıb. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərib. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib, qəlbində ədəbiyyata böyük sevgini alovlandırıb.

 

Şair yaradıcılığa hələ 16 yaşından başlayıb. “Dnepr” adlı ilk şeiri 1937-ci ildə Bakıda çapdan çıxıb. Balaş Azəroğlunun yaradıcılığına nəzər yetirəndə onun Cənub ədəbi mühitinin mənzərəsini yaradan əsərlərini xüsusi qeyd etmək lazım gəlir. Şair ədəbiyyatımızın bu coğrafi məkanına yeniliklər gətirən, forma axtarışları və mövzuları ilə seçilən müəllif kimi yüksəkdə dayanır.

 

Şair Ərdəbildə, Təbrizdə, Bakıda rəhbər vəzifələrdə çalışarkən, həmişə doğma dilinə və xalqına sadiq olub.

 

Farscadan dilimizə çevirdiyi Nizaminin “Yeddi gözəl” poeması, Füzulinin qəzəlləri, Şəhriyardan tərcümələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Şairin müxtəlif illərdə “Şeirlər”, “Savalan”, “Mübarizə yollarında”, “Gənclik dostlarım”, “Mənim nəğmələrim”, “Səhər şəfəqləri”, “Sənətin qüdrəti”, “Hafizin qəbri üstündə”, “Elə oğul istəyir Vətən”, “Dünənim, bu günüm, sabahım”, “Gəl, ay bahar”, “Sinəm Savalan dağıdır”, “Bir kürsü istəyirəm” və digər kitabları ona oxucu rəğbəti qazandırıb.

 

2011-ci aprelin 24-də vəfat edən Balaş Azəroğlu Bakıda dəfn olunub.