YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nemo nöqtəsi

Nemo -  Planetimizin ən uzaq nöqtəsidir. Sakit okeanın Cənub bölgəsində planetin quru hissəsindən xeyli uzaq məsafədə yerləşən bir nöqtədir. Ona ən yaxın məskunlaşma yeri ondan 400 km aralıqda yerləşən Beynəlxalq Kosmos Stansiyası sayılır.

 
Bildiyimiz kimi Şimal və Cənub coğrafi qütbləri mövcuddur. Yer kürəsi həmçinin iki maqnit qütbünə malikdir- Şimal maqnit və Cənub maqnit qütbləri. Əlçatmaz (ucqar) qütblər də mövcuddur. Onlar ilk növbədə tədqiqatçılar üçün maraq doğurur, amma çox uzaq məsafədə yerləşdiyindən onları öyrənmək bir qədər çətindir.
 
 
Şimal Əlçatmaz qütbü Şimal Buzlu Okeanın qalın buzlaqlarında hər hansı bir qurudan çox uzaqda yerləşir. Cənub Əlçatmaz Qütbün isə yeri dəqiq müəyyən edilməmişdir: Antarktikada bir nöqtə olmalıdır.
Qitədə (kontinent) əlçatmaz qütb - Okeanlardan ən uzaq olan quru sahədir. Okean Əlçatmaz Qütbü isə Sakit okeanın Cənub (48 ° 52 'cənub və 123 ° 23 'qərb) hissəsində yerləşir. O, “Nemo Nöqtəsi” (Point Nemo) adlanır. Jül Vernin romanındakı kapitanın şərəfinə adlandırılmışdır. Bu yer okeanda quru torpaqdan aralı olan ən uzaq nöqtədir. 
 
 
Ora ən yaxın torpaq, yaşayış olmayan Ducie Atoll adasıdır, 2.688 km uzaqlıqda yerləşir. Bu nöqtə tədqiqat mühəndisi Hrvoye Lukatela (Hrvoje Lukatela) tərəfindən 1992-ci ildə kompüter simulyasiyasından istifadə edərək tapılmışdır.
 
 
Nemo Nöqtəsi ilə kosmos arasındakı maraqlı bir əlaqə, Beynəlxalq Kosmos Stansiyasına olan yaxınlığıdır. 
 
 
Kosmonavtları Okean Əlçatmaz Qütbündən 400 km məsafə ayırır.