YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Akvarel

Latın dilindəki “akva” – “su” sözündən əmələ gələn “akvarel” sözü su ilə qarışdırılan rəng deməkdir. Bu sulu şəffaf boyalar hələ qədim dövrlərdə məlum idi. Lakin qədim Misirin və antik dövrün rəssamları onlara ağ boyaq qatırdılar. Bundan akvarel öz şəffaflığını itirirdi. İndi sizin işlətdiyiniz təmiz, qatışıqsız akvareldən XV əsrdə istifadə etməyə başlayıblar. 


Akvarelin ən maraqlı xüsusiyyəti  onun şəffaf, hava kimi zərif ola bilməsidir. Akvarellə gözəl təbiət mənzərəsini, açıq səmanı, aydın səhəri, çöllərin, meşələrin, canlı təbiətin ən incə rənglərini çəkmək mümkündür. Belə rənglə işlənmiş rəsm əsərləri də akvarel adlanır. Məşhur Azərbaycan rəssamları Ə.Əzimzadə, B.Kəngərli, M.Abdullayev, T.Salahov, Y.Hüseynov və başqaları gözəl akvarellər yaradıblar.