YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hepard

Bədəninin uzunluğu 1,5 m-ə qədər, hündürlüyü 90 sm-ə qədər, çəkisi 70 kq-a qədərdir.


Hazırda hepardlar ancaq Afrika savannalarının qoruqlarında saxlanmışlar. Keçmişdə isə bu sürətli heyvanlar Asiyada çox idi. İnsanlar çoxdan hiss etmişlər ki, hepardlar digər pişikkimilər kimi o qədər də vəhşi deyillər, asanlıqla əhliləşdirilir, it kimi mülayim və istiqanlıdırlar. Qədim misirlilər təlim edilmiş hepardlardan ov zamanı istifadə edirdilər. Bahalı xalta ilə bəzədilmiş hepard o vaxtlar şərəfli və bahalı hədiyyə hesab edilirdi. 


Hepard ən itiayaqlı heyvandır. Qurbanını qovarkən o, saatda 112 km qaça bilir.


Hepardı çox vaxt xallı sfinks adlandırırlar. Bu yırtıcı, qədim mifoloji məxluq qədər qəribədir. Cazibəli hepard özündə təəccübləndirəcək qədər pişik və itin xüsusiyyətlərini cəmləşdirir.


Çox maraqlıdır ki, balaca hepard balaları doğularkən qətiyyən valideynlərinə oxşamırlar. Onların açıq boz-mavi dərisi  ləkəsizdir, belində isə çox yumşaq xovu var. Belə qeyri-adi “geyim” heç bir pişik balasında yoxdur.


Ov zamanı hepard dirsəkləri üzərində sürünərək qurbanına yaxınlaşır, məqsədə 100-200 m qalmış isə ildırım sürəti ilə qaçmağa başlayır. Əgər ov müvəffəqiyyətsiz alınarsa, hepard gücünü boş yerə sərf etmir və izləməni dayandırır. Afrika savannalarında heparda qonşu olan şir və goreşənlər qida uğrunda onunla rəqabət aparmırlar. Çünki ancaq hepard öz sevimli qəniməti olan ceyranı qovub tuta bilər.