YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Badminton

Tennis oyununa bənzər badmintonun vətəni qədim Malayya hesab edilir. Sonralar bu gözəl oyun Asiyanın başqa ölkələrinə, oradan Avropaya yayılıb. Keçmişdə onu fransızca “volan”, yəni “uçan” adlandırırdılar. XIX əsrdə onu bir ingilis hersoqu Hindistandan gətirib. Bu hersoqun malikanəsi İngiltərənin Badminton şəhəri yaxınlığında idi. Sonralar bu oyunu həmin şəhərin adı ilə “badminton” adlandırıblar. 


Badmintonu da tennis kimi hamar, lakin bərk örtüklü meydançada oynayırlar. Lakin badminton raketkaları tennisinkindən 2-3 dəfə yüngül olur. Rəqibləri bir-birindən ayıran tor 155 santimetr yüksəklikdə asılır. Oyun meydançası qoşa oynayanlar üçün 13,4x6,1 metr, tək oynayanlar üçün 13,4x5,2 metr olur. 


Oynayanlar kiçik volanı raketka ilə torun üstündən bir-birinə atır, onu yerə düşməyə qoymur, elə havada ikən vurub qaytarırlar.


Xallar voleybolda olduğu kimi 15-ə qədər sayılır. Qadınlar və uşaqlar 11-ə qədər oynayırlar. Oyun 3 və ya 5 hissədən ibarət olur. 


Əvvəllər volanı mantardan kiçik top şəklində düzəldir və ona 16 qaz lələyi bərkidirdilər ki, havada yaxşı uçsun. İndi isə badminton oyunu üçün plastik kütlədən səbətə oxşayan kiçik volanlar düzəldilir. 


Yaxşı oyunçu volanı elə vura bilir ki, o gah havada rəvan uçur, gah da qəfildən, gözlənilməyən yerdə meydançaya düşür. Oyun çox sürətlə keçir. 


Badmintonun yaxşı cəhəti odur ki, onu hər hansı talacıqda, çəmənlikdə və ya çimərlikdə də oynamaq olar. Azərbaycanda bu oyun 1954-cü ildən geniş yayılıb.