YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Oranqutan

Oranqutanlar cəmi iki adanın-Sumatra və Kalimantanın cəngəlliklərində yaşayırlar, başqa heç bir yerdə yoxdurlar. Olduqca sirli və ehtiyatlı heyvan olan oranqutanlar çox vaxt əlçatmaz və bataqlıq meşələrdə gizlənirlər. Sayı narahatçılıq doğuran dərəcədə azaldığından, xüsusən də onlarda artım ləng getdiyindən oranqutanların qorunmağa ehtiyacı var. Oranqutanların balaları 10 yaşına çatanda böyük sayılırlar, ümumiyyətlə isə bu meymunlar orta hesabla 50 ilə kimi yaşayırlar. 


“Oranqutan” malay dilindən tərcümədə “meşə adamı” adlanır. Onların çiyinlərində 0.5 m-ə qədər tük olur, qollarını açarkən isə 2 m-ə çatır. Qoca erkəklərdə bığ və saqqal bitir.


Oranqutanlar bütün həyatlarını meyvəsi bol olan ağac çətirlərində keçirirlər. Gecə üçün hər dəfə ağacda yeni yuva qururlar. Oranqutanların sevimli məşğuliyyəti ağac budaqlarında və lianalarda yırğalanmaqdır. Bunu isə öyrənməlidirlər, çünki bu qabiliyyət anadangəlmə deyil.