YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şimpanzelər

Şimpanzelər sərin tropik meşələrdə və Afrikanın savannalarında böyük qruplarla, 30-dan 80-ə qədər fərdlə yaşayırlar. Əlbəttə, qrupda rəqabət də var, kimsə liderlik edir, ancaq şimpanzelərdə elə bir ciddi iyerarxiya yoxdur. Liderliyi çox qeyri-adi, orijinal üsulla əldə etmək olar. Məsələn, alimlər bir cavan erkəyin boş dəmir qutu tapıb onu yüksəkdən taqqıldadaraq “evdə kimin ağa olduğunu” sübut etməyə çalışdığını müşahidə ediblər. Beləliklə də o, başçı olub.


Şimpanze və digər meymunlar bəşəriyyəti bir çox təhlükəli xəstəliklərdən xilas ediblər. Bu və ya digər xəstəliyi müalicə etmək üçün, məhz şimpanzelərdən istifadə edirlər. Axı biz eyni xəstəliklərlə xəstələnirik, bu da bizim qohumluğumuzu bir daha təsdiq edir.


Şimpanzelərin xasiyyətləri insanınkı ilə oxşardır. Onlar bizdən ölçüləri ilə fərqlənirlər, axı onların əlləri uzun, ayaqları isə gödək olur. Şimpanzelər yerdə iki əli və iki ayağı üstə hərəkət edir və ağaca çox gözəl dırmaşırlar. İnsanabənzər meymunların içərisində şimpanzelər ən xırda meymunlardır. Onların boyu 135-150 sm, çəkisi isə 45-70 kq-a qədərdir.


Şimpanzelərin ağlının yüksək inkişafı onların bir-birinə olan münasibətlərinə də təsir göstərir. Şimpanzelər insanlardakı kimi yaxşı inkişaf etmiş mimikalardan da istifadə edirlər. Ancaq bu mimikanın mənası çox vaxt insanlarda müşahidə etdiklərimizlə üst-üstə düşmür. Məsələn, insanlarda sakit, diqqətli baxış meymunlarda son dərəcə düşmənçilik ifadə edə bilər. İnsan gülümsəyəndə, onun çox vaxt üst dişləri açılır. Ancaq şimpanzelərdə isə əksinədir. Açılmış üst dişlər son dərəcə qıcıqlanma və təcavüzkarlıq əlamətidir.


Bundan əlavə, şimpanzelər ünsiyyət zamanı müxtəlif jestlərdən, alimlərin hələ də izah edə bilmədikləri 30-dək səsdən istifadə edirlər. Jestlərin əksəriyyəti, çox qəribədir ki, insanların jestinə bənzəyir. Meymunlar qarşılaşarkən “salamlaşır”, bir-birinin belinə və yaxud çiyninə vurub qucaqlaşırlar. 


Şimpanze meymunlar arasında ən ağıllısı sayılır. Onlar hətta sadə alətlər də düzəldə bilirlər, halbuki hesab edilirdi ki, bunu ancaq insan edə bilər. Əl və dişlərinin köməyi ilə şimpanze taxtadan iti çubuqlar düzəldir və onların köməyi ilə termitləri yuvasından çıxarır, iri yarpaqdan “fincan” düzəldib su içirlər.