YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Reformasiya hərəkatı

Reformasiya XVI əsrdə kilsənin birliyini parçalayan və tarixdə xristianlıqda ən ağır böhrana səbəb olmuş dini hərəkatdır. Onun əsas nümayəndəsi-alman ilahiyyatçısı Martin Lüter möminlərin mənəvi ehtiyaclarını yaddan çıxararaq daha çox öz iqtisadi və siyasi maraqlarını güddüyünə görə katolisizmi tənqid edirdi. Lüter hər bir kəsin Bibliyanı sərbəst izah etməsinin tərəfini saxlayır və papa hakimiyyətini tanımırdı. Müqəddəs mətnləri oxuyub izah edən Lüterin şərhi ilə üst-üstə düşməyən başqa reformatorlar da vardı, məsələn fransız jan Kalvin.

 

Lüter və Kalvinin nəzəriyyəsi Avropanın şimalında və mərkəzində yayılmışdı, İngiltərədə yeni anqlikan kilsəsi cərəyanı yarandı. Aralıq dənizi ölkələri isə əksinə, katolik kilsələrinə sadiq qaldılar. Katoliklər yeni ideyalardan qorunmaq üçün İtaliyanın Trient kilsəsində (1545-1563) birləşdilər. Orada qəbul edilmiş qərarlar Kontrreformasiya kimi tanınır. Avropa katolik və protestant ölkələr arasında bölünmüş vəziyyətə düşdü. Ümumi razılığa gəlməyən bu iki qrup dəfələrlə döyüş meydanında üzləşməli oldu. Dini müharibələrdən ən amansızı 1648-ci ildə Vestfal sülh müqaviləsinin bağlanması ilə başa çatmış və Fransanı dövrünün ən güclü dövlətinə çevirmiş Otuzillik müharibə idi.